Azərbaycanda iqtidaryönlü deputat məhkəməyə verildi

img

28-07-2013 [16:57]


İqtidaryönlü Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlı yeni problemlə qarşılaşıb. Belə ki, onun partiyası yerləşdiyi məkandan çıxarılır. Deputat isə bu tələblə razılaşmır şirkətin tikdiyi binanın mansardına xərclədiyi vəsaitləri geri tələb edir.

 Mia.az "Reytinq” qəzetinin bugünkü sayında dərc edilən xəbərə istinadən məlumat verir ki, deputatın problem yaşadığı şirkət «İlkin-Y» MTK onun rəhbərliyidir: «Deputat Xanhüsyen kazımlının rəhbərlik etdiyi Azərbaycan Sosial Rifah Partiyası sözügedən şirkətin inşa etdiyi binanın mansard hissəsində yerləşib. Amma sonradan deputat onun partiyası ilə şirkət rəhbərliyi arasında anlaşılmazlıq yaranıb. Bu anlaşılmazlıq isə tərəflərin məhkəməyə üz tutmasına səbəb verib».

 Məlumatda deyilir ki, əvvəlcə Azərbaycan Sosial Rifah Partiyası «İlkin-Y» MTK-ya qarşı pul tələbindən bəhs edən iddia qaldırıb: «Amma şirkət boş dayanmayıb. Qarşı tərəf partiya yönəlik qarşılıqlı iddia qaldıraraq, binanın mansard hissəsinin boşaldılması tələb etməyə başlayıb. Qarşılıqlı iddialara 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb».

 Hazırda partiya ilə şirkətin bir-birinə qarşı şikayətlərinin Bakı Apellyasiya Məhkəməsində araşdırıldığını deyən müsahibimizin sözlərinə görə, sözügedən məhkəmədə hakim Ülvi Mayılovun icraatına verilib: «Hakim Ülvü Mayılov qarşılıqlı şikayətlər üzrə iyulun 31- iclas saatı təyin edib».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA