“Baltaçılar” Mursi tərəfdarlarına hücum edəcək

img

28-07-2013 [13:39]


Misir "Müsəlman Qardaşlar” Təşkilatı (İhvan) liderlərindən Əşrəf Abdulqafur bu gün də aksiyaçılara hücum olacağını bildirib. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İhvan lideri açıqlamasında, Mursi tərəfdarlarının aksiyalarının keçirildiyi Qahirədəki Nahda meydanına səhər saatlarında hökumət qüvvələri tərəfindən hücum olacağı ilə bağlı məlumat aldığını deyib:

"Bəzi etibarlı mənbələrdən aldığımız məlumata görə, Daxili İşlər Nazirliyi Gizadan "Baltaçılar” adlı xüsusi dəstənin üzvlərini yenidən bir araya toplayır. Bu gün səhər müxtəlif silahlarla təhciz edilmiş bu qrup bir neçə saatdan sonra Nahda meydanına hücum edəcək” – deyə, İhvan lideri qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA