Ilanı vurmaq istəyən əsgər özünü yaralayıb

img

27-07-2013 [12:53]



Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Elməddin Hüseynov postda olarkən ona yaxınlaşan ilana tabeliyindəki avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə güllələrdən biri onun öz ayağına dəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, E. Hüseynov Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA