"Xalq qəzeti"nin baş redaktoruna ev verildi

img

26-07-2013 [12:23]


 Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün inşa edilmiş binada 156-cı mənzilin sahibi məlum olub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Movqe.az-a eksklüziv açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş binada 156-cı mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova verilib: "Cənab Prezident bu barədə müvafiq göstəriş verib və jurnalistlər üçün inşa olunmuş binadakı 156-cı mənzil "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova təqdim edilib. Beləliklə bütün mənzillər tam şəkildə paylanmış olub".  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA