25-07-2013 [18:41]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə keçirildi. Qeyd edək ki, Arzu Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan vədlər verərək, yaxın münasibətlərdə olduğu Elşad Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir. İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin və daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib. Teleqraf.com xəbər verir ki, proses başlanan kimi hakim Əlövsət Abbasov bildirdi ki, cinayət işi üzrə adı şahid qismində keçən Nurlan Həsənov məhkəməyə teleqram göndərib. Hakimin sözlərinə görə, şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini qeyd edib. Hakim şahidin məhkəməyə gələ bilməməsi ilə bağlı tərəflərin fikirlərini soruşdu. Tərəflər Nurlan Həsənovun məhkəməyə gələ bilməməsinə etiraz etmədilər. Daha sonra şahid qismində ifadə verməsi üçün məhkəmə zalına Azad Mürsəliyev dəvət edildi. Şahid bildirdi ki, Elşad Abdullayevin bacısı oğludur. Arzu Kazımovu tanımadığını deyən şahid bildirdi ki, 2003-cü ildə dayısı Mahir Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyinə şikayət edilib. Onun sözlərinə görə, Mahir Abdullayevin geri qaytarılması üçün daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevlə onların arasında Arzu Kazımov əlaqə yaradıb. Bu əlaqənin yaradılmasında şəxsən iştirak etmədiyini deyən Azad Mürsəliyev bildirdi ki, Zahid Dünyamalıyevlə Arzu Kazımov barəsində olan məsələni ona Elşad Abdullayev deyib: "Elşad Abdullayev Mahirin qaytarılması üçün Zahid Dünyamalıyevə 3 milyon manat verib. Bunu mənə Elşad Abdullayevin özü deyib. Elşad dedi ki, sonradan Arzu Kazımov pulların qaytarılması üçün torpaq sahələri verib. Arzu Kazımov deyib ki, torpaq sahələrinin verilməsi üçün sənədləşmə edək, Ukraynadan pul gələcək, pul gələndən sonra torpaqlar geri qaytarılar. Bununla bağlı aralarında alqı-satqı müqaviləsi olub. Bütün bu sənədləşmələrdə mən iştirak etməmişəm”. Daha sonra məhkəmə iclasında şahid qismində Vilayət Əmirov ifadə verdi. O, bildirdi ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında şəxsi ədavət yoxdur. "İnşaat-2002” MMC-nin 2009-cu ildən direktoru olduğunu deyən şahid bildirdi ki, Arzu Kazımovun inşa olunan binalarda olan mənzillərin alqı-satqısı ilə bağlı sənədləri etibarsız olub. Daha sonra şahidə Arzu Kazımovun vəkili Ramiz Zeynalov suallar verdi. Sualları şahidin cavablandıra bilməməsi vəkili hövsələdən çıxardı. Vəkil bildirdi ki, Arzu Kazımovun 2003-cü ildə olan işi araşdırılır: "Amma bu şahid həmin MMC-yə 2009-cu ildə gəlib. Bu şahidin ifadə verməsi düzgün deyil. Çünki onun işə aidiyyatı yoxdur. Burada istintaq saxtakarlıq edib”. Hakimin heç bir saxtakarlığın olmamasını bildirməsi vəkili daha da hövsələdən çıxardı. Hakimlə vəkil arasında mübahisə başladı. Vəkilin səsini yüksəltməsinə etiraz edən hakim protokolla ona xəbərdarlıq edildiyini bildirdi. Vəkil bildirdi ki, 50 dəfə də xəbərdarlıq edin, qərardad da çıxarın. Bundan sonra hakimlə vəkilin mübahisəsi daha da gücləndi. Mübahisənin kulminasiya nöqtəsinə çatdığını görən hakim prosesdə 10 dəqiqəlik fasilə elan etdi. Fasilədən sonra davam edən prosesdə şahid yenə də vəkilin suallarını cavablandırdı. Daha sonra vəkili Ramiz Zeynalov vəsatətlə çıxış etdi. Bildirdi ki, "İnşaat -2002” MMC-nin Əhməd Cavad küçəsi, 15 ünvanında inşa etdiyi 64 mənzilli binanın 32 mənzili Arzu Kazımova çatıb. Vəkil bildirdi ki, bunun sübut olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilsin: "Həmin sorğu ilə bağlı 32 mənzilin alqı-satqı müqavilələri məhkəməyə təqdim edilsin. Həmin mənzillərlə bağlı sənəd məhkəmədə tədqiq edilməlidir". Vəkil həmçinin bildirdi ki, bununla bağlı Arzu Kazımovun dələduzluq etmədiyi sübut olunacaq. Vəkil həmçinin qeyd etdi ki, Arzu Kazımov həmin binadan Elşad Abdullayevə mənzillər təklif edib: "Lakin Elşad Abdullayev həmin mənzilin alqı-satqısını həyata keçirməyib. Səbəb isə o idi ki, həmin ərəfədə təhsil nazirinin qızının toyu olacaqdı. Onlar da həmin mənzili təhsil nazirinin kürəkəninin adına keçirməli idilər”. Arzu Kazımov vəkilinin vəsatətini müdafiə etdiyini bildirdi. Dövlət ittihamçısı Ramazan Hadıyev vəkilin vəsatətini əsaslandıra bilmədiyini və təmin edilməməsini məhkəmədən xahiş etdi. Hakim isə vəsatətlə bağlı məhkəmənin qərarının növbəti prosesdə elan ediləcəyini deyərək məhkəmə iclasını iyulun 31-nə kimi təxirə saldı. |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi