Eldar Həsənov ölkəyə buraxılmaması haqda xəbərdən danışdı

img

25-07-2013 [11:05]


"Kimlərinsə barəmdə yazdıqları böhtan, uydurma informasiyalara münasibət bildirməyi məqbul hesab etmirəm. Reallıqdan uzaq söhbətlərə zaman ayırmaq istəmirəm. O məsələyə münasibət bildirmək olar ki, ən azı həqiqətə yaxın olsun”. 

Mia.az xəbər verir ki, bu sözləri "Bizim Yol”a açıqlamasında Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri Eldar Həsənov söyləyib. Qeyd edək ki, bəzi media orqanlarında Eldar Həsənov barəsində müxtəlif səpkili informasiyalar yayılır. İddiaların birində qeyd olunur ki, Eldar Həsənov hətta Azərbaycana belə buraxılmır. 
Səfir isə qəzetimizin bununla bağlı sorğusunu gülüşlə qarşıladığını deyib: "İldə bir dəfə barəmdə qeyri-ciddi informasiyalar yazırlar. Bu da onlardan növbətisidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA