İcra başçısı keçmiş deputata qarşı iddiasını geri götürdü; Sabiq deputat danışdı

img

24-07-2013 [18:12]


 

Bu ilin aprelində "Sabiq deputatdan icra başçısına sərt ittihamlar” başlıqlı məqalə görə İmişlinin icra başçısı Vilyam Hacıyev tərəfindən məhkəməyə verilən keçmiş deputat İltizam Əkbərli prosesdən qalib ayrılıb. Daha doğrusu, icra başçısı bu gün keçirilən məhkəmədə iddia ərizəsini geri götürüb.

 Bu barədə mia.az-a məhkəmədən daxil olan məlumatda bildirilir ki, icra başçısının bu addımı hansı səbəbdən atdığı bilinmir: «Amma İltizam Əkbərlinin prosesi davam etdirilməsi tələbləri nəzərə alınmayıb. Hakim elan etdi ki, Vilyam Hacıyev iddiasını geri götürdüyündən şikayətə baxa bilməzlər».

 Məlumatla bağlı İltizam Əkbərli ilə danışdıq. Mia.az-a açıqlama verən sabiq deputat faktı təsdiqləyib. Onun sözlərinə görə, İmişli rayon Məhkəməsində keçirilən prosesdə Vilyam Hacıyevin nümayəndəsi çıxış edərək iddialarını geri götürdüklərini deyib: «Qarşı tərəf bunu son bir il ərzində ayrı-ayrı mətbu orqanlarda saytlarda getmiş məlumatlarla əlaqələndirdi. Bildirdi ki, yalan ya doğru olmasından aslı olmayaraq, mən, indiyə qədər dərc olunan həmin məlumatları yazmışam. Hakim bundan sonra müşavirəyə gedib, iddiaçının tələbini, yəni şikayəti geri götürulməsi haqda vəsatəti təmin etdi».

 Məsələ ilə bağlı iddiaçı tərəflə əlaqə yaratmaq isə həmişəki kimi mümkün olmayıb.  

 Xatırldadaq ki, sabiq millət vəkili İltizam Əkbərli «Yeni Müsavat»da dərc olunan məqalləsində yazıb ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin iş adamlarına böyük məbləğdə borcunun yaranması, hətta bu borc məsələsinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılması barədə mətbuatda yazıların dərci rayonda ciddi müzakirə mövzusuna çevrilib. Sabiq deputat qeyd edib ki, abadlıq adı altında çox qısa müddətdə rayonun yaşıllığı, parkları məhv edilib, insanların istirahət yerləri kütləvi şəkildə alqı-satqı predmetinə çevrilib, iş o yerə çatıb ki, hətta rayon mərkəzində yeganə istirahət parkının ərazisi belə satılıb.

 İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə rayon məhkəməsinə müraciət edib, İltizam Əkbərlinin qarşı şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən məlumatları təkzib etməsini, 100 min manat təzminat ödəməsini tələb edib. Vilyam Hacıyev məqalənin səhhətinə də zərər vurduğunu, həkimlərin məsləhəti ilə ambulator müalicə qəbul etməli olduğunu vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA