Milli Şura regional seçki qərargahı planını açıqladı

img

24-07-2013 [18:07]


Bu gün Milli Şuranın İcra Aparatının, MŞ-nin vahid namizədinin Seçki Qərargahının Planlaşdırma və Təşkilat Şöbələri ilə Milli Şuranın Mitinq Komitəsinin birgə iclası keçirilib. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, MŞ-ın İcra Aparatının Mətbuat Xidmətindən daxil olan məlumata görə, İclasda MŞ-inin vahid namizədinin irəli sürülməsi üçün təşəbbüs qrupunun yaradılması və yerlərdə seçici təşəbbüs qruplarının təşkili, regionlar üzrə Seçki Qərargahının koordinatorlarının müəyyən edilməsi kimi məslələr müzakirə olunub. Eyni zamanda imza toplayacaq qrupların yaradılması və onlar üçün treninqlərin keçirilməsi ilə bağlı detallar da dəqiqləşdirilib. İclasda Mitinq Komitəsinin tərkibinin tam formalaşdırılmasıyla bağlı da müzakirələr aparılıb və qarşıdan gələn Milli Şuranın növbəti sessiyasına konkret təkliflər hazırlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA