Avtomobil şirkəti icra hakimiyyəti ilə komitəni məhkəməyə verdi

img

24-07-2013 [14:55]



Böyük avtomobil biznesi üzrə ixtisaslaşmış "Xəzər Lada” Açıq Səhmdar Cəmiyyəti Binəqədi rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Ərazi İdarəsini məhkəməyə verib.

Buna səbəb isə sözügedən icra hakimiyyətinin sərəncamı əsasında Əsədov Əfqan Eldar oğlunun adına ayrılmış torpaq sahəsinin komitə tərəfindən özəlləşdirilməsidir. «Xəzər-Lada» hesab edir ki, sərəncam əsasında özəlləşdirilən həmin ərazi ASC- məxsus olduğundan ləğv olunmalıdır.

 Bu barədə mia.az-a daxil olan məlumatda qeyd olunur ki, "Xəzər Lada” ASC-nin Binəqədi rayon İcra Hakimiyyəti, ƏMDK, DƏDRX-nin Bakı Ərazi İdarəsi ilə bərabər fiziki şəxs Əfqan Eldar oğlu Əsədova qarşı «Sərəncamın ləğvi , daşınmaz əmlaka dair qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və qanunsuz tikilinin sökülərək boşaldılması»ndan bəhs edən tələbinə Binəqədi Rayon Məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «İşə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılır. Hakim bir neçə gün əvvəl keçirilən prosesdə tikinti üzrə ekspertiza aparılması haqda vəsatəti təmin edib. Tikinti-texniki ekspertizasının nəticəsindən sonra proses davam etdiriləcək».

 Məsələ ilə bağlı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.

span lang="EN-US" style="mso-ansi-language:EN-US"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA