Ədliyyə naziri Fikrət Məmmədov prezidentliyə namizəd olacaq

img

24-07-2013 [14:19]


Qarşıdakı prezident seçkiləri yaxınlaşdıqca ölkənin bir nömrəli kürsüsünə maraqlı şəxslərin adları hallanmaqdadı.
Vətəninfo.az-a sızdırılan məlumatda bildirilir ki, belə bir şəxslərdən biri də ədliyyə naziri Fikrət Məmmədovdu.
İddialara görə, hakimiyyət içərisində bəzi qüvvələr Azərbaycanda Rusiya variantının tətbiq edilməsində maraqlıdır və bu qüvvələr arasında münasibətlərin əvvəlki qaydada qalması və qruplararası ədavətin baş verməməsi üçün alternativ yollar düşünülməkdədir.
Ədliyyə naziri Fikrət Məmmədov qruplararası balanslaşmış bir münasibəti saxlaya bilər və bu işdə ona ölkənin hazırki prezidenti İlham Əliyev də böyük dəstək vermiş olar. Amma hələlik bu bir iddiadır və kimlərin namizəd olacağı qarşıdakı ay bilinəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA