Bakıda 16 yaşlı qız yoxa çıxdı, polis axtarış tədbirlərinə başlayıb

img

24-07-2013 [11:26]



Bakıda yeniyetmə qız itkin düşüb. Səbail rayon Polis İdarəsindən "lent.az"a verilən məlumata görə, paytaxt sakini Malik Nəcəfov müraciət edərək bildirib ki, bacısı qızı 1997-ci il təvəllüdlü Rəfiqə Hüseynova iyulun 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yeniyetmə qız evdən çıxarkən parka gedəcəyini deyib. Lakin həmin gündən ondan heç bir xəbər almaq mümkün olmayıb.

Hazırda müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA