Baş Prokurorluqdan Abbas Abbasovun oğlu ilə bağlı açıqlama

img

23-07-2013 [14:21]




İctimai Televiziyanın keçmiş baş direktoru İsmayıl Ömərova qarşı 15 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işinin qaldırılması barədə mətbuatda məlumat yayılıb. Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuatda yayılan bu informasiyaya münasibət bildirib. O, məlumatı təkzib edib: "Belə bir cinayət işi başlanmayıb. KİV-də bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Eldar Sultanov həmçinin millət vəkili Aydın Abbasov barədə Korrupsiyaya Mübarizə İdarəsi tərəfindən araşdırma başlanması ilə bağlı məlumata da münasibət bildirilib. Onun sözlərinə görə, millət vəkili Aydın Abbasovla bağlı heç bir araşdırma başlanılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA