Quba gənclərinə hərbi vətənpərvərlik ruhu aşılanıb

img

23-07-2013 [14:20]



 "Müsəlləh əsgərəm mən də bu gündən!” layihəsi növbəti təlimlərini Qubada keçirib. Həqiqi hərbi xidmətə yararlı olan, xüsusən də orta təhsilini başa vurmuş yeniyetmə və gənclərin faydalandığı bu təlimlərin məqsədi həmin gəncləri psixoloji cəhətdən vətənə xidmət göstərməyə hazırlamaq, onların vətənpərvər ruhda tərbiyəsinə dəstək göstərməkdir. Qubada keçirilən layihə çərçivəsində 30 gənc maarifləndirilib.
Qeyd edək ki, layihə çərçivəsində analoji təlim daha bir rayonda keçiriləcək. Ümumilikdə isə layihədən 90 gəncin birbaşa yararlanması nəzərdə tutulur.
Xatırladaq ki, layihəni "Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA