22-07-2013 [18:08]
Hazırda istirahət mövsümü olsa da, əksər gənclər ali məktəblərə və dövlət qulluğuna qəbul imtahanları-na hazırlaşırlar. Bəziləri bütün səylərinə baxmayaraq, həyəcan ucbatından imtahanda müsbət nəticə göstərə bilmirlər.
Həkim-psixoterapevt, hipnoloq və seksoloq, Rusiya Tibb Akademiyası Peşəkar Psixoterapiya Liqasının həqiqi üzvü Şəmsəddin Babayev "Reytinq"ə müsahibəsində bu və digər hallarda stresslə necə mübari-zə aparmağın yollarından danışıb.
Hər bir insanda həyəcan olduğunu deyən müsahibimiz stressin zəruriliyini və inkişafa apardığını da bildi-rib. Deyib ki, müəyyən vacib məqamlarda insan daha çox həyəcan keçirir: "Bu zaman stress özünü dist-ress kimi göstərir və dağıdıcı təsirə malik olur. Həyəcanın kimdəsə az, kimdəsə çox olması isə müxtəlif amillərdən - tərbiyədən, mühitdən və s.-dən asılıdır. Bəzi psixoloqlar imtahan öncəsi zehni çox yüklə-məməyi və dincəlməyi məsləhət görürlər. Digərləri isə valideynlərə uşaqları sıxmamağı tövsiyə edirlər, çünki bunun nəticəsində uşaqda gözləmə nevrozu yaranır və bu, özünü imtahanda büruzə verir. Çıxış yolu kimi müxtəlif dərman preparatlarının qəbulunu tövsiyə edənlər də var. İmtahan zamanı verilən su-al uşağın beynində həyəcan - tormozlanma yaradır. Dərman preparatları isə beyin qabığında yaranan oyanmanı azaldır, tormozlanmanı isə artırır. Həyəcan azalsa da, abituriyentin testi cavablandırması lən-giyir, yəni lazım olan məqsədə nail olunmur".
"30-60 dəqiqəlik seansla abituriyentin həyəcanını itirmək olur"
Şəmsəddin Babayevin sözlərinə görə, Qərb psixoloqlarının son 30-40 ildə hazırladıqları psixoloji metod-lar daha yaxşı nəticə verir: "Məsələn, neyrolinqvistik proqramlaşdırma yolu ilə həyəcanı imtahana gir-məzdən qabaq tamamilə yox etmək olar. İmtahan verən şəxs psixoterapevtin yanında həyəcanlı halını keçmiş təcrübəsinə müvafiq tərzdə yaşayır. Sonra isə onun özünü daha inamlı hiss etdiyi hallar orqaniz-minə psixoloji metodla təsbit edilir və həyəcan yox olur. İmtahan da uğurla verilir. Bəzən 30-60 dəqiqə-lik seans ərzində abituriyentin imtahanöncəsi həyəcanını itirmək olur. Ümumiyyətlə, abituriyent bunu imtahana xeyli müddət qalmış etsə, daha yaxşı olar. Çünki bəziləri imtahana hələ bir-iki ay qalmış həyə-can yaşayır və orqanizmin enerjisi tükənir".
"Yengə institutu ləğv edilməlidir!"
Hətta bəzi məşhur aktyor və müğənnilər səhnədə o qədər həyəcanlanırlar ki, uzun müddət çıxış et-məkdən imtina edirlər. Bu sözləri deyən Ş.Babayev yeni ailə qurmağa hazırlaşan təcrübəsiz gənclərdə də güclü həyəcan olduğunu diqqətə çatdırıb: "Onlar "toy gecəsi sindromu" yaşayırlar. Təəssüf ki, Azər-baycan reallığında ərə gedən qızları yengələri qan, dəhşətli ağrı ilə qorxudaraq, bədbəxt edirlər. 100 manat "xələt"ə görə, "müəllimlik" edən yengələrdən soruşmaq lazımdır: "Siz cinsi əlaqənin mexanizmi-ni bilirsiniz?". Yengə o adam olmalıdır ki, qızı uşaq vaxtından müşahidə edib, onun xüsusiyyətlərini bilir və tədricən ailə həyatına hazırlayır. Yengə - qızın bakirəliyini oğlan tərəfinə sübut edən hakimdir. Gəlin sağlam olsa da, bəy onun yanına daxil olanda, yengənin neqativ təlimatına görə, işlər korlanır. Qız qeyri-iradi olaraq özünü, ayaqlarını sıxır. Ќəticədə, bəy onunla cinsi əlaqəyə girə bilmir. Bəzən belə hallarda bəyi günahlandırırlar ki, sən möhkəm kişi deyilsən. Gəlinin özünü belə aparması təbabətdə "vaginizm" termini ilə tanınır. Bu, çox ciddi problemdir. Çoxu ətrafdakıların bundan xəbər tutmasından ehtiyat edərək, vəziyyəti gizli saxlayır. Onda da məsələ dərinləşir və həkimin işi həddən artıq çətinləşir. Ќadir hallarda vaginizm ömürlük də davam edir. Əlbəttə, bəylər çox dözmürlər və adətən, özlərini kənarda təsdiqləyirlər, gəlin isə bədbəxt olur. İkinci arvad alan bəylər də olur. Yanıma 3, 5 və 7 il ərzində belə problem yaşayan cütlüklər gəliblər və onların müalicəsi dava-dərmansız, psixoloji yolla başa çatıb".
Həkim qadın vaginizminin kişilərdə də problem yaratdığını deyərək, bildirib ki, kişi uzun müddət həyat yoldaşı ilə cinsi əlaqəyə girə bilmədiyindən, həyəcandan onda da müəyyən hallar - tez və ya kənara bo-şalma yaranır və bu, özünü digər qadınlarla olduqda da göstərir: "Gecikən eyakulyasiyanın (boşalmanın) da psixoloji səbəbləri ola bilər və bu kimi halları ciddi şəkildə araşdırmaq lazımdır.
Ümumiyyətlə, valideynlər pərdəni aradan götürməmək şərtilə, övladlarını cinsi həyata hazırlamalıdırlar. Onlara başa salmalıdırlar ki, toy gecəsi nə ilə məşğul olacaqlar. Analar qızlara ər evində necə bozbaş bi-şirməyi öyrətməkdənsə, ərlə necə yatağa girməyi başa salsalar, yaxşı olar. Bunu psixoloq-seksoloq da edə bilər. Bu məsləhətlər cinsi həyatı təminatlı edə bilər. Ər-arvad arasında cinsi əlaqə normal baş ver-mirsə, ailənin xoşbəxtliyindən söz gedə bilməz".
Şagirdlərə seksoloji bilgilər də verilməlidir!
Ş.Babayevin fikrincə, valideynlərindən məlumatlanmayan uşaqlar başqa informasiya mənbələri tapırlar: "Lakin bu məlumatlar neqativ mənbələrdən də gələ bilər, bunun fəsadı isə xoşagəlməz olur. Buna görə də, yaxşı olardı ki, məktəblərdə 5 və ya 6-cı siniflərdən etibarən seksoloji bilgilər verilsin. SSRİ dağılan-dan sonra bir çox məktəblərdə psixoloqlar fəaliyyətə başladılar. Onlar təkmilləşdirmə institutunda 9 ay-lıq psixologiya kursları keçmiş müəllimlərdir. Amma 9 aya psixoloq olmaq mümkün deyil. Buna görə də onların fəaliyyəti qənaətbəxş olmur".
Pornosaytlar gənclərin səhhətini korlayır
Yeniyetmələrin internet vasitəsilə əxlaqazidd məlumatlar əldə etməsinə gəlincə, həkim deyib ki, bu, onların xeyrinə deyil: "Gənclərin internetdə pornosaytlara, cinsi əlaqəyə baxmaları, onların həm psixi-kasını, həm də səhhətini korlayır. 15-18 yaşlı yeniyetmələrdə cinsi hormonlar həddən artıq ifraz olunur və təbii ki, onlar cinsi əlaqəni seyr etməkdə maraqlıdırlar. Amma orqanizm oyandıqda, cinsi əlaqə olma-dan rahat sönmür. Onanizm bu rahatlığı təmin etmir və o, vərdişə keçərsə, orqanizmdə nevroz və digər problemlər yaranır. Seksual instinktin təhrifi cəmiyyətdə üçün də mənfi fəsadlar yaradır. Amma biz dünya internetinə qarşı çıxa bilmərik. Təhrifin baş-verməməsi üçün insanın psixoloji-seksoloji hazırlan-ması, cinsi tərbiyəsi düzgün getməlidir. İnsan normal cinsi həyat yaşamalıdır. Sonradan nəyisə düzəlt-mək, adətən, mümkün olmur. Vaxtında verilən seksoloji təlim cəmiyyətdəki problemləri də azaldar".
Ş.Babayev ölkəmizdə psixoterapiyanın vəziyyətindən də söz açaraq, deyib ki, respublikamızın baş psixi-atrı Gəray Gəraybəyli Azərbaycan Dövlət Tibb Universitetinin Psixatriya kafedrasına rəhbər təyin olu-nanda, etiraf etmişdi ki, Azərbaycanda psixoterapevtlər yoxdur: "Vəziyyət çox acınacaqlıdır. Ölkədə Psixoterapiya kafedrası olmadığından, mütəxəssislərin hazırlanması üçün şərait yoxdur. Səhiyyə Ќazirli-yində də Psixoterapiya Mərkəzi yoxdur. Buna görə, psixoterapevtlərimizi barmaqla saymaq olar. Sovet dövründə psixoterapevtlər Xarkovda, Moskvada, Leninqradda hazırlanırdı. Mən özüm də 1986-cı ildən başlayaraq, əvvəl Xarkovda, sonra Rusiyanın Krasnoyarsk şəhərində, Kazanda və Moskvada psixotera-piya üzrə ixtisaslaşmışam. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən ölkənin ən təcrübəli həkim-psi-xoterapevti, seksoloq-hipnoloquyam, amma dövlət qayğısından tamamilə kənardayam".
Yarım saatlıq seansla insan siqareti tərgidə bilər
Həkimin sözlərinə görə, ruhi xəstələrin müalicəsi ilə məşğul olan psixiatriyadan fərqli olaraq, psixotera-piya daha geniş sahələri əhatə edir: "O, dərmansız yolla insanın psixikasına təsir vasitəsilə orqanizmdə fizioloji dəyişikliklər yaradan metodların məcmusudur. Burada hipnoz, psixoanaliz, yoqa, namaz və di-gər 400 təlim var. Psixoterapiya insanlarla cəmiyyət arasında harmoniya yaradan nəzəri-təcrübi elmdir. Yeri gəlmişkən, tibbi psixoterapiyadan bir çox xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Bronxial astma, hipertoniya, diabet, ekzema, neyrodermit, enterokolit kimi psixosomatik xəstəliklərin tam müalicəsi psixoterapevtsiz mümkün deyil. Çünki bu xəstəliklərin yaranmasında psixika, həyəcan böyük rol oynayır. Psixoterapevtik yolla bəzən qanda şəkərin miqdarını tənzimləmək mümkündür. Eyni zamanda, tütün, alkoqollu içkilər və narkotik aludəçilərini, həmçinin, cinsi azlıqları bu yolla müalicə et-mək olar. İnsan siqareti yarım saatlıq psixoterapevtik seansdan sonra tərgidə bilər.
Piylənmənin bəzi növləri də psixosomatik xəstəliklərə aiddir. Bəziləri pəhrizə oturur, özünə xeyli maya qoyur, dəridən-qabıqdan çıxır, amma arıqlaya bilmir. Onların piylənməsində əsəb amili böyük rol oyna-yır. Bir çox qadınlar əsəbləşəndə yeməyə başlayır. Halbuki bu zaman həzm prosesi düzgün getmir. Bu-na görə də belə qadın daha artıq çəki yığır. Bu hallarda orqanizmdəki psixoloji münaqişələr mühim rol oynayır".
Maddi problemlər cəmiyyətimizdə gərginliyi, aqressiyanı artırır. Ş.Babayev isə deyir ki, buna görə, ara--sıra psixoterapevtə gedib məsləhətləşmək lazımdır: "Amma bizdə ən çətin anlarda da bunu etmirlər. Ќəticəsi də göz qabağındadır. Stres təliminin yaradıcısı Hans Selye deyir ki, stressdən qurtulmaq istəyir-sinizsə, hərəkət edin. Çünki fiziki hərəkət əzələləri xoşluqla yorur və bu, insanı sakitləşdirir. Distress-dən, xəstəliklərdən qurtulmaq istəyirsənsə, çox adama kömək et ki, dostun çoxalsın. Biləndə ki, çox adama lazımsan, distressdən tez çıxırsan. Adətən, insanlara lazım olmadığını düşünənlər özlərinə qəsd edirlər. Distress xəstəliyə, depressiyaya, özünəqapılmaya səbəb olur. Bu zaman psixotrop dərmanlar-dansa, psixoterapevtin məsləhətlər insana daha çox yardımçı ola bilər".
Elşad ÜMİD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi