Dövlət Gömrük Komitəsinin iki generalı ilə bağlı qalmaqal - Məhkəmə

img

22-07-2013 [04:38]


Dövlət Gömrük Komitəsinin rəhbər şəxslərinə qarşı qaldırılmış iddia ilə bağlı məhkəmə prosesinə start verilir. 

Bu barədə mia.az daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi və bu komitənin tabeliyində olan Bakı Baş Gömrük İdarəsində baş verən süründürməçilik, rüsumdan əlavə tələb olunan vəsaitlər "Atenau LTD” Məhdud Məsuliyyətli Müəssisəsinin məhkəməyə müraciət etməsinə səbəb olub.

Məlumata görə, əsasən elektrik avadanlıq və alətlər və elektrik enerjisi istehsalı avadanlıqlarının quraşdırılması ilə funsionallaşan "Atenau LTD” MMM-nin ixrac etdiyi avadanlıqların Dövlət Gömrük Komitəsi ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən qanunsuz vasitələrdən istifadə etməklə saxlanılması səbəbindən iri məbləğdə zərərlə üzləşib. Bu isə həmin müəssisəsinin gömrük generallarının rəhbərlik etdiyi dövlət qurumlarına qarşı hüquqi müstəvidə mübarizəsinə rəvac verib.

Məhkəmədən əldə etdiyimiz xəbərə görə, "Atenau LTD” MMM-nin Aydın Əliyevin rəhbərlik etdiyi komitə ilə Vüsal Novruzovun rəisi olduğu idarəyə qarşı qaldırdığı iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb: «İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyevanın sədrliyi ilə araşdırılır. Hakim iş üzrə iyulun 23-də prosesi davam etdirəcək. Güman ki, həmin günü qərarını da elan edəcək».

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini də dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA