Əli Həsənov Bərdədə müşavirə keçirdi, tikintidən danışdı

img

19-07-2013 [16:44]


Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədi ilə Bərdə rayonunda olub. 

AzərTAc xəbər verir ki, yaşayış məhəlləsində tikintinin gedişi ilə tanış olan Ə.Həsənov burada inşaatçılarla müşavirə keçirib, icraçılara işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıqlar verib.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq salınan yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbəli olmaqla 15 ədəd yaşayış binası, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub icma mərkəzi, inzibati bina, ATS binası inşa edilməsi diqqətə çatdırılıb. Binalardakı mənzillərin 70-i bir, 430-u iki, 325-i üç, 45-i dördotaqlıdır. Burada tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur. Artıq binalarda hörgü və suvaq işləri başa çatdırılmış, dam örtükləri vurulub. Hazırda yaşayış massivinin tikintisində tamamlanma işləri sürətlə davam etdirilir. Daxili elektrik xətləri çəkilir, yolların tikintisi aparılır. Yaşayış massivində işlərin avqustun ortalarınadək tam yekunlaşdırılması nəzərdə tutulur. Yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşmış ailələr köçürüləcək.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA