Azərbaycanda hərbçiləri daşıyan avtobus aşdı - Yenilənib

img

19-07-2013 [16:43]


Azərbaycanda içərisində hərbçilərin olduğu avtobus aşıb, ölən və yaralananlar var. 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Hərbçiləri daşıyan "PAZ” markalı avtobus "Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Baş verən qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 112 Çevik reaksiya idarəsinə daxil olan məlumata əsasən, Şəmkir rayonu ərazisində avtobus aşıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb oluub. İlkin məlumata görə, avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA