Ağdaşda ŞOK: 57 yaşlı kişi 12 yaşlı uşağı zorladı

img

19-07-2013 [16:01]


Ağdaş rayonunda 57 yaşlı kişi həddi buluğa çatmamış uşaqla cinsi əlaqədə olduğuna görə həbs olunub. AzNews.az-ın rayondan əldə etdiyi məlumata görə, Ağdaş rayon Məşəd kənd sakini Azər Məmmədov həmkəndlisi 2001-ci il təvəllüdlü A.X-nı zorlayıb. Daha sonra uşağa hədə-qorxu gələrək onunla mütəmadi cinsi əlaqədə olan A.Məmmədovun hərəkətinin üstü qızın hamiləliyindən sonra açılıb.

Belə ki, bu günlərdə anası uşaqda hamiləliyin əlamətlərini hiss etdiyindən qızını müayinə etdirib və onun 4 aylıq hamilə olduğu aşkarlanıb. Valideynlərin istəyi ilə hamiləlik sonlandırılıb. Ailə faktla bağlı rayon Polis İdarəsinə müraciət edib. Azər Məmmədov artıq saxlanılıb. Bu gün ana qızını tibbi ekspertizadan keçirilməsi üçün Bakıya gətirib.

Faktla bağlı araşdırma aparılır. Zorlanma və cinsi əlaqə sübuta yetirilərsə, A.Məmmədova ittiham irəli sürüləcək.

Qeyd edək ki, Azər Məmmədovun Məşəd-47 məhəlləsində mağazası var. Həmin mağazadan alış-veriş edən azyaşlını şirniyyatlar verərək başdan çıxarmağa çalışıb. Uşağa mağazada ona kömək etməyi təklif edən 57 yaşlı kişi bunun əvəzində şirnikləndirici vədlər də verib. Zorlanmadan sonra onu öldürəcəyi ilə hədələyərək bu hadisəni üçüncü şəxsin bilməməsi üçün xəbərdarlıq edib.

Rayondan verilən məlumata görə, 57 yaşlı kişinin bu hərəkəti öz ailəsində də ağır nəticələrə səbəb olub. Belə ki, qızının nişanlısı onunla evlənməkdən imtina edib. A.Məmmədovun oğlu isə artıq bir dəfə intihara əl atıb.

İşlə bağlı məlumat almaq üçün Ağdaş rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildirib ki, baş verən hadisənin araşdırması ilə təhqiqatçı Rəşid Musayev maraqlanır.

R.Musayev isə AzNews.az-a açıqlamasında deyib ki, baş verən hadisənin təfərrüatları ilə bağlı heç kimə məlumat verə bilməz: "Lazımdırsa, bununla bağlı rəsmi sorğu göndərin”.

Daxili İşlər Nazirliyindən isə zənglərimizə cavab verən olmadı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA