Vüqar Səfərli: " Hazırda siyahı hazırlanıb, 150 jurnalist seçilib"

img

19-07-2013 [14:56]


Jurnalistlərə dövlət tərəfindən veriləcək evlərlə bağlı müəmma gündəmdən düşmür ki, düşmür. Bu günlərdə bu barədə açıqlamalar verilsə də, konkret hansı jurnalistlərə evin veriləcəyi açıqlanmır. 

 Mia.az Simsar.az-a istinadən xəbər verir ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli 22 iyul Mətbuat gününündə jurnalistlərə verilən mənzillərin açılışı olacağını deyib: "O zaman evlər təqdim olunacaq. Mənzillərin şərtlər ilə bağlı sənədlər qəbul olundu, müzakirələr getdi. Hazırda siyahı hazırlanıb, 150 jurnalist seçilib. Mənzil verilən jurnalistlərin adları ayın 22-si açıqlanacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA