Sabiq nazir Əli Nağıyev: “ İşsizəm deyə, hakimiyyətdən narazı deyiləm”

img

19-07-2013 [13:38]


"Mənim bir namizədim var, başqa cür də ola bilməz. Mən qarşıdakı seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm”.

Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusiyadakı keçmiş səfiri Əli Nağıyev deyib.

Sabiq nazir açıqlamasında bu mövqeyini İlham Əliyevin xalq qarşısındakı xidmətləri ilə əlaqələndirdiyini bildirib: "İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan inkişaf edib. Bunu görmək lazımdır”.

Hakim partiyanın qurucusu kimi işsiz qalması faktına gəlincə, Əli Nağıyev buna görə, hakimiyyətdən narazı qalmadığını deyib: "Bu məsələlər ölkə rəhbərliyinin səlahiyyətinə aid məsələdir. Mən işsizəm deyə, hakimiyyətdən narazı deyiləm”.

Əli Nağıyev YAP-ın qurultayında partiya rəhbərliyinə və seçkili orqanlara düşməməsi məsələsində də toxunub: "Görünür, məsləhət belədir. Amma yenə də təkrar edirəm ki, bu kimi hallar məni hakimiyyətdən narazı salmır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA