19-07-2013 [05:46]
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov İlham Əliyevə məlumat verib ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirib.
Qeyd edilib ki, 3 mərtəbədən və 14 otaqdan ibarət olan Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvarında başlanılıb və iyul ayında başa çatdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir.
Diqqətə çatdırılıb ki, Mərkəzdə Prezident İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı foto guşə də yaradılıb. Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu var. Üçüncü mərtəbədə isə müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin yeni tikilən inzibati binasında yaradılan şərait bir daha təsdiq edir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzindədir.
Qeyd edilib ki, müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqlar müasir tələblərə cavab verir. Heydər Əliyev prospektində inşa olunmuş binanın fasadı yerli tikinti materialları ilə üzlənib. Binanın tikintisinə 2012-ci ilin oktyabrında başlanılıb və 2013-cü ilin iyulunda başa çatdırılıb. İnşaat işləri büdcə vəsaiti hesabına həyata keçirilib. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, iki müasir bəzək elementi, işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə quraşdırılıb.
Binanın girişində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Burada dahi rəhbərin Siyəzənə səfərlərini əks etdirən fotoguşə yaradılıb. Bina müasir idarəetmə metodlarından istifadə olunması üçün bütün texniki şəraitlə təchiz edilib. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcək.
Diqqətə çatdırılıb ki, inzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, operativ idarəetmə mərkəzi də var. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılıb. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 128 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi mümkündür.
Vurğulanıb ki, rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun Məşrif, Zarat, Eynibulaq, Sədan və Böyük Həmyə icra nümayəndəlikləri şəbəkəyə qoşulub.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
ANS PRESS
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi