Təhsil naziri əmr imzaladı

img

18-07-2013 [21:28]


Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb. 

Nazirlikdən verilən xəbərə görə, nazir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq 238 məzunun qızıl, TQDK tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini, habelə həmin məzunların X-XI siniflərdə oxuduqları müddətdə bir və ya bir neçə fəndən illik "4” qiymət aldıqlarını əsas tutaraq 10 məzunun isə gümüş medala layiq görülməsi barədə əmr imzalayıb.

Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin "Şərəf kitabı”na yazılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA