Sahah müğənni Rəqsanənin «Dəmirbank»la 74 minlik məhkəməsi başlayır

img

18-07-2013 [19:27]



Sənətindən çox, müxtəlif qalmaqallarla gündəmdə qalan müğənni Rəqsanə İsmayılovanın «Dəmirbank»la məhkəmə çəkişməsinə sabah son qoyulacaq. 

Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılan bu mülki iş üzrə hakim iyulun 19-da öz qərarını elan edə bilər. 

Xatırladaq ki, müğənni ilə «Dəmirbank»ın arasında 73625 dollar vəsaitin ödənilməməsi ilə bağlı mübahisə var. Bank müğənni və ona zamin duran şəxsləri bu vəsaitə görə məhkəməyə verib. 

Məlumata görə, Rəqsanəyə qarşı qaldırılmış iddiaya Nizami rayon Məhkəməsində baxılıb: «Həmin məhkəmə instansiyasında "Dəmirbank” ASC-nin Rəqsanə İsmayılova başda olmaqla, ona zamin duran şəxslər - Bəxtiyar Vəliyev, Sürayyə Vəliyeva, Raminə Vəliyeva və Ruhin Vəliyevə qarşı 73625 ABŞ dolları məbləğində borcun ödənilməsi haqda iddia qaldırıb. Bank bununla yetməyib, Rəqsanənin və zamin duran şəxslərin borcun qarşılığında müsadirə edilməsini də tələb edir. Yəni borcun ipoteka predmetinə yönəldilməsini istəyir». 

Hazırda Bakı Apellyasiya Məhkəməsində «Dəmirbank»ın ilkin, Rəqsanə və yaxınlarının isə qarşılıqlı iddiaları üzrə növbəti prosesə start verilməkdədir. Bakı Apelyasiya Məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə işə iyulun 19-da baxılacaq. Ötən həftə Ali Məhkəməyə hakim təyin olunmuş və oradakı işinə avqust ayında başlayacaq hakim Xəqani Məmmədov çox böyük ehtimalla həmin günü bankla müğənninin çəkişməsi ilə bağlı qərarını elan edəcək.

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini də dərc edə bilərik.

 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA