Ramazan bayramında 2 gün iş olmayacaq

img

18-07-2013 [14:40]


Nazirlər Kabinetinin qərarı ilə bu il Ramazan bayramı ilə əlaqədar iki gün iş günü olmayacaq. Baş nazir Artur Rasizadənin imzaladığı qərarda bildirilir ki, 8, 9 avqusttarixləri Ramazan bayramına təsadüf etdiyindən qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

""Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:
1. 2013-cü ildə 8, 9 avqustRamazan bayramıdır.
2. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir”-deyə Nazirlər Kabinetinin qərarında qeyd edilir.

Qeyd edək ki, bu il Ramazan bayramının təsadüf etdiyi 8, 9 avqust tarixləri həftənin 4-cü və 5-ci günlərinə düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA