18-07-2013 [14:20]
QənirəPaşayevanın "Onun sevgi məktubları" adlı kitabını oxudum.Kitaba ni-yəon manat verdim, niyəoxudum, bu, kiçik sirr qalsın özümdə. Hələlik isəyal-nız onu deyəbilərəm ki, o kitabı bu yazını yazmaq üçün alıb oxumamışam.Əgərəziyyət çəkib oxumuşamsa, kitab haqqında yazmaq pis olmaz, bununlaə-günah etmiş olmaram.
Belinski deyirdi: "İstedadsız adamlar özləri haqqında yaza bilmirlər".
Bəli, bizim ölkədəbir çox məmurlar, deputatlar var ki, həm dəyazmaqla məş-ğuldurlar, amma onlar nələrsəuydururlar. Ötənəsrlərəqayıdırlar, göylərəuçur-lar, qurub-quraşdırırlar. Özündən yazmaq istedad tələb etməkləbərabər, həm dəcəsarət tələb edir. Bu məmur-yazıçılar da quraşdırdıqları nağıllarınəvəzinəözlərinin həyatlarını yazsalar, təbii ki, ortaya çox maraqlıəsərlər çıxar.
Bir qız gəlir Dostoyevskinin yanına, deyir ki, yazıçı olmaq istəyirəm, mənəməsləhət ver. Dostoyevski dədeyir ki, gəl sənəyazmağın sadəqaydasını öyrə-dim, get öz həyatını yaz, sən öz həyatından maraqlı heç nəuydura bilməzsən.
Bizim məmur-yazıçılar özləri haqqında həm dəona görəyaza bilmirlər ki, bu, onlara heç sərf etmir. Halbuki şəxsən mən özüm deputat-yazarın bir gündəba-şına nəgəldiyini məmnuniyyətləoxuyardım. Kimləgörüşür, nədanışır, parla-mentdənələr baş verir. Baş nazirin humanitar məsələlər üzrəmüavini ElçinƏfəndiyev nağıllar uydurur. Halbuki o, özünün həyatını yazsa, camaatımız bu-nu çox maraqla oxuyar. Yazmaz, çünki sərf etmir.
Ölkəmizdəyazıçılıqla məşğul olan xeyli məmurlarımız var. Onlar da necərüş-vət aldıqlarını, necərüşvət verdiklərini, özlərindən vəzifəcəyüksəyin qarşısında necəyaltaqlandıqlarını, özlərindən vəzifəcəaşağıları necəalçaltdıqları haqda yazsalar,əlbəttəki, ortaya xeyli maraqlıəsərlər çıxar. Lakin bu çətin məsələdi, çünki bu haqda yazsalar, gərək kreslolarını itirsinlər. Lermontovun təbirincədesək, məmur kürsüsündəəyləşən yaradıcı adamı iki aqibət gözləyir - ölmək vəölmək.
Tomas Vulf deyirdi: "Yaddaş yazıçınınən böyük sərvətidi". Bizim yazıçılar hətta yada salanda da yaddaşlarından özlərinəsərf edənləri seçib götürürlər. Onların yaddaşı çox çevikdir vəzamana, hakimiyyətdəkimin olmasına görəasanlıqla dəyişir. Onlar eləşeyləri xatırlayırlar ki, bu, yalnız onlara sərf edir. Etiraf mədəniyyəti yoxdu. Ona görədəboz vəmənasızdırlar. Xatırladıqları ma-raqsızdı. Çünki onlar öz xatirələrindədəyaltaqlanmağa üstünlük verirlər. Xa-tırladıqlarını mövcud vəziyyətəuyğunlaşdırırlar.Əgər bu günlər hansı şəxs ha-kimiyyət tərəfdən arzuolunmaz şəxs sayılırsa, bizim məmur-yazarlar o adamı yaddaşdan silib atırlar. Yox,əgər bu gün kimsəhakimiyyətin sevimli adamına çevrilibsə, məmur-yazıçılar onunla bağlı mütləq nəsəxoş bir xatirəyazırlar.
xxx
"Onun sevgi məktubları" adlıəsərdəQənirəxanım məktubları Könül adlı bir rəfiqəsinin adından yazıb. Yəni, müəllif guya Könül adlı rəfiqəsinin həyatını qeydəalıb.Əlbəttəki, bu Könül eləQənirəxanımın özüdür.
Süjet haqqında qısaca bunu yaza bilərik. Guya bu Könül gedir məscidə, dua edir ki, onun həyatı çox boz, monoton keçir. Mümkündürsə, Allah ona bir sev-gi göndərsin. Buəhvalatın üstündən az keçməmiş doğrudan da Qurbanoldu-ğum Könüləbir sevgi göndərir. Amma bu sevgi qarşılıqsız olur.
Könülün iki rəfiqəsi var. Onlar da həyatda qarşılıqsız sevgiylərastlaşıblar. Biri hətta həqiqətən sevdiyi adamı unutmaq üçün başqasınaərəgetməyəməcbur olur ki, bəlkəuşaq-filan doğular vəbir az rahatlaşar.
Burda zəruri bir haşiyəçıxmalıyam. Bizim ölkədəbirini sevərək başqasınaərəgetmək geniş vüsət alıb. Çox axmaq söhbətdi. Onlar özlərini eləgöstərirlər ki, guya birini sevib başqasınaərəgetməyəməcbur olublar. Elədeyil, onlar sadə-cə, ağılla seçim ediblər. Sadəcə, özlərini eləgöstərirlər ki, guya həm dəseviblər.Əhvalatlar quraşdırırlar. Guya həyatlarına rəng qatırlar, ammaəslindəsəydəş-lik edirlər. Bu, heç!
İkincisi, başqasını sevirsənsə, niyəsevmədiyinəərəgedib adamın həyatını zəhə-rədöndərməlisən? Yaxşı söhbətdi, vallah! Adam gedibəziyyət çəkib pul qaza-nacaq. Sən onun puluna geyinəcəksən, gəzəcəksən, kef edəcəksən, həm dəbaş-qasının dərdini çəkəcəksən. Xeyir ola? Bu, artistlikdi, özü dəadamın ürəyini bulandıran bir artistlik! Bu artistliyi onlar hələərəgetməmişdənəvvəl öyrənir-lər. Bunlarda bir xasiyyət var. Adamı harasa aparıb qəflətən kədərlənirlər. Bil-mirsən niyəkədərləndi, nəbaş verdi. Demə, o, bu yerdəəvvəlki sevgilisini xa-tırlayıb. Bir müddət kədərli dayanırlar, sonra qəflətən dəli kimi gülüb deyirlər: "Fikir vermə, (bəziləri hətta sizlədanışır. Fikir verməyin) məndəhərdən beləhallar olur, emossional stabiliyim pozulub... Qısası, belədüşük-düşük söhbət-lər.
Sevgini bir çiçəyəbənzətsək, bu çiçək yol kənarında da, xaraba qalmış binanın damında da, düzdədə, zibillikdədəbitəbilər. Hamı sevəbilər. Dikatator da, aqronom da, yazıçı da, sürücü də. O cümlədən Qənirəxanım da. Lakin sevgi al-maqdan çox verməyi tələb edən bir hisdir. Azərbaycanlılar da verməkdən daha çox almağı xoşladıqlarına görəonların sevgiyəmünasibəti öz xarakterlərinəuy-ğundu.
Biz "sevgiyləqarın doymaz" sözünü işlətməyi sevən bir camaatıq. Bu söz azər-baycanlıların sevgiyəsəmimi münasibətidir. Lakin ortada həm dəiddia var. De-məli, həm heç bir fədakarlıq etməməlisən, həm dəguya özünü sevmiş kimi gös-tərməlisən.Ќəticədəortaya sevginin imitasiyası çıxır. Hərəöz rolunu bacardığı qədər məharətləoynayır. Ona görədəbizim insanların təbiət sevgisi, romanti-kası səmimi deyil. Onlar özlərini sadəcəromantik kimi göstərirlər.
Qayıdaq kitaba. Təsəvvür edin, Könül xanım öz sevgilisinəQənirəPaşayeva-nın sözlərinəyazılmış mahnını göndərir. Yəni müəllif özəsərindəöz sözlərinəyazılmış mahnınıəsərdəki adama göndərir. Sonra Könül xanım sevgilisinəyaz-dığı məktubda Qəbələdəkeçirilən musiqi festivalından söz açır vəregionların inkişafı proqramı haqqında məlumat verir, ölkəmizi regionun lider dövləti kimi qiymətləndirir.
Onu da deyim ki, Könül xanımın sevdiyi adam Türkiyəvətəndaşıdı, özü dəmusiqiçidi. Müəllif hətta sevgi mövzusunda yazdığıəsərdədəAzərbaycan həqi-qətlərini Türkiyəvətəndaşına çatdırmağı özünəborc bilir. Qənirəxanım hətta sevgi mövzusunda yazdığıəsərdədəöz deputat fəaliyyətini unutmur.
Kitabda bir çox yazıçıların, fikir adamlarının sevgi haqqında sözlərindən geniş istifadəolunub. Bu sözlərin çoxu yerindəişlədilməyib. Hiss olunur ki, kitabı yazan kimdirsə, hətta başqalarının fikirlərindən dədüz-əməlli istifadəetməyi hələöyrənməyib.
Kitabın tən yarısı dualardan vəqarğışlardan ibarətdir. Hislər var, hadisə, hərə-kət yoxdu. Ölürəm, darıxıram, havam çatmır, boğuluram, lakin biz heç cür mü-əllifin yaşayışından xəbər tuta bilmirik.
Mən bir ara girib bizim sosial şəbəkələrdəmövzular axtardım. Heç nətapma-dım. Hislər var, hadisələr yoxdu. Səbəb yazmayıblar. Mövzu vermirlər.
Mən bu kitabı oxudum vəmüəllifin həqiqətən dəsevdiyinəinanmadım. Onu da deyim ki, hətta Qənirəxanımınətrafındakı adamlar da bu kitabda yazılanlara inanmırlar, nəinki inanmırlar, bu kitabda yazılanlar lətifəmövzusuna çevrilib. Hətta kitabın adını dəyişərək, "Onun sevgi məktubları"əvəzinə"Onun sevgi zı-rıltıları" qoyublar.
Çox acınacaqlı vəziyyətdi. Bunu düşmənimədəarzu etmirəm. Sevəsən vəheç kim sənin sevginəinanmaya... İnanmaqları bir yana, hətta sənin sevgini lağa qoyalar. Qənirəxanım bu haqda düşünməlidi. Niyəonun sevgisinəinanan yox-du? Bəlkəo, bu vaxta qədər xeyli doğru olmayan sözlər danışıb, ona görə...
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı