YAP-ın yerli seçki qərargahları yaradılır

img

18-07-2013 [13:33]


"Yeni Azərbaycan Partiyasının yerli seçki qərargahlarının siyahıları hazırlanaraq təqdim olunub”. Bu fikirləri Modern.az-a açıqlamasında YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Seçki qərargahının yaradılması ilə bağlı hazırda işlərin davam etdiyini deyən hakim partiya rəsmisinin sözlərinə görə, yaxında günlərdə bununla bağlı treninqlər keçiriləcək.

"Bununla bağlı işlərimiz davam edir. Rayonlarda Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri, təşkilat sədrləri, eləcə də partiyanın rəhbər strukturlarında təmsil olunan insanlarla görüşlər keçiririk. Bu sırf partiya ilə bağlı olan məsələdir. Bundan başqa partiyanın yerli seçki qərargahlarının siyahıları təqdim olunub. Yaxın günlərdə isə onların treninqləri ilə məşğul olacağıq”-deyə YAP funksioneri xatırladıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının iyulun 7-də keçirilən sayca VI qurultayında hazırki prezident İlham Əliyevin namizədliyi rəsmən elan olunub. Hazırda partiya rəhbərliyinin bölgələrdə sakinlərlə silsilə görüşləri davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA