Akif Əlizadə AMEA-dakı struktur dəyişikliyindən danışdı

img

18-07-2013 [12:23]


Bu gün AMEA prezidenti Akif Əlizadə jurnalistlər üçün mətbuat konfransı keçirir. AMEA prezidenti 3-4 ay ərzində akademiyada görülən işlər haqqında məlumat verib. 

Akif Əlizadə bildirib ki, ölkə prezidenti elmin inkişafına dair 10-dan artıq sərəncam verib. Onun sözlərinə görə, hazırda akademiyanın nəzdində 7 elmi bölmə fəaliyyət göstərir:

"Ümumi iclasda seçiləndən sonra qeyd etmisdim ki, Rəyasət Heyətinin rəhbər orqanı olaraq akademiya miqyasında onun fəaliyyəti sönmüş hiss olunurdu. Aparat elmin baş idarəsidir. O elmin inkişafına cavab verən çevikliyə cavab verməlidir. Orada bəzi strukturları ləğv etdik. Elmin təşkilat şöbəsi idarəyə çevrildi. Elmi informasiya şöbəsi ləğv olundu. Akademiyada hüquq şöbəsi yaratdıq. Müasir elmi innovasiyyasız heç cür keçirmək olmaz. Bu şöbə akademiyada çox vacib idi .

Əsas məsələ akademiyanın informasiyalaşdırılmasıdır. Bu il prezident tərəfindən informasiya kommunikasiya ili elan olunub. Bu texnologiyalar hər bir qurumun damarların işləyib. Bu gün internet vasitəsilə hər bir məsələ həll olunur. Bu baxımdan akademiyada gerilik var idi. Bəzi insititutlarda heç veb saytı yox idi. İnformasiya texnologiyaları institunun bu baxımdan yaxşı imkanları var. Orada olan imkanlar çoxlarına bəllidir. Rəyasət heyətinin iclasında samballı bir qərar qəbul etmişik.

Azərbaycan elmini virtual məkanda əks etdirən informasiya resursları bugünkü elmin həyatında vacibdir. 17 dövlət proqramında AMEA iştirak edir. "Azərbaycan elmi Azərbaycan 2020: Gələcəyə baxış”, bu platforma bizim üçün əsas təşkil edir.

Biz akademiya institutlarında baza kafedraları yaratdıq. Tədris proqramları elmdə olan metodik yanaşmalardan geri qalırdı. BDU-da seysmologiya kafedrası ilə baza kafederası yaratdıq. Biri də Neft Akademiyasında yaradılıb. İndi isə magistratura mütləq yaradılmalıdır. Təklifimizi PA vermişik və dəstək də almışıq. Akademiya ilə təhsilin vəhdəti yaradılmalıdır. Başqa yolumuz yoxdur.

Akademiyanın özünün də gəncliyi var. Gənc alimlərimiz var. Gəncləri problemi bizə məlumdur. Onları akademiyaya maddi texniki baxımdan cəlb etmək, onların sosial problemlərini həll etmək, ipoteka vasitəsilə onların evlə təmin olunması da bu yaxınlarda realizə olunmalıdır. 10 milyona qədər vəsait fonddan bizə ayrılır. Texniki ekspertizalar üçün avadanlıqlar çatışmır. Onlara xaricdə bunu etməyə imkan verilir.

Beynəlxalq əlaqələr mühüm fəaliyyət istiqamətidir. Qloballaşan dünyada elm öz-özünə inkişaf edə bilməz. başqa dövlətlə şərikli olaraq beynəlxalq elmi laboratoriya yaradılmalıdır.

İnstitutlarımız qeyri-bərabər inkişaf edib. Onların reytinqini öyrənmək də bizim işimizdir. İnstitutlar üzrə onların səviyyəsini öyrənib bəzi dəyişikliklər etmək niyyətindəyik.

Akademiyada yüzlərlə qrantlar işlədilir. Elm inkişaf fondunun qrantları , SOCAR da elmimizin inkişafı fondunu özündə yaradıb. Beynəlxalq qrantlardan geniş şəkildə istifadə edir. Bu qrantların sayı 1000- ə yaxınlaşır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA