17-07-2013 [19:24]
Mətləbə keçməmişdən əvvəl onu qeyd edim ki, "Azercell"lə məhkəmə çəkişməsi zamanı bu günə kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə bağlı yazdığım hər bir cümlənin həqiqət olduğuna tam əmin oldum. Öz timsalımda bir daha gördüm ki, Azərbaycan məhkəmələrində ədalətdən başqa nə desən, tapmaq olar. Azərbaycan məhkəmələrində hətta qatığın qara olması ilə bağlı qərarın çıxarılması da mümkündür. Nə isə...
Keçək mətləbə. Deməli, 2010-cu ilin aprelində DNS "Bahar kampaniyası" keçirirdi. Kampaniyaya görə, hər notebook alana bir ədəd "Azercell" data kartı hədiyyə olunurdu. (Etməz olaydı - Z.Ə.) Üstəlik, bir il-lik hər ay mənə 200 meqb internet paketi verilmişdi, əlavə istifadə elədiyim internetin 1 mqb-na isə 7 qəpik ödəyirdim. Ancaq 2011-ci ilin martında "Azercell"in yeni "oyun"u başladı. İnternetim kəsildi, zəng edib səbəbini soruşanda dedilər ki, bəs kampaniya bitib, əlavə işlətdiyin internetə görə 43 manat borc-lusan. Bir qədər də aydınlaşdıranda məlum oldu ki, "Azercell" heç bir xəbərdarlıq etmədən tarif qiymə-tini 10 dəfə artırıb. Ən maraqlısı odur ki, sən demə, "Azercell" bir ili 11 ayla ölçürmüş.
Başınızı ağrıtmaq istəmirəm. Pulu ödəmədim, məni məhkəməyə verdilər. Əvvəlcə Sumqayıt Məhkəməsində işə baxıldı. Bir-iki iclasdan sonra "Zaur, get camaatın pulunu ver!",- qərarı verildi.
Apellyasiya şikayəti verdim. Burda da eyni cavabı aldım. Amma bir fərqi odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi də dedi ki, bir ildə 11 ay var. Son qərar oldu ki, mən haqsız yerə, "Azercell"in he-sabına 58 manat pul köçürməliyəm.
Ali Məhkəməyə Vəkillər Kollegiyasının üzvü olan vəkillə müraciət etməli olduğumdan bıçaq sümüyə di-rəndi. 58 manata görə kimə deyim ki, gəl, mənim işimə pulsuz çıx. Nə isə, bununla da məhkəmə çəkiş-məsi bitdi. 1-0 "Azercell"in xeyrinə. Ədalət mühakiməsi olmayan bir məmləkətdə buna normal baxmaq lazımdır.
Bir-iki gün əvvəl Sumqayıt Şəhər İcra Şöbəsindən zəng elədilər ki, get camaatın pulunu ödə. Mən də paşa-paşa gedib pulu ödədim. Sonra dedilər ki, bəs İcra Şöbəsinin də "hesabı"nı verməlisən. O da 4 ma-nat 60 qəpik elədi. Yəni, ədalətsiz bir məhkəmə qərarına görə 62 manat 60 qəpiyi verdim yelə. Bu oyu-nun mənim başıma "Azercell" açdı. Ona görə də hər iki dünyada iki əlim bu şirkətin yaxasında olacaq. Məndən haqsız yerə alınan hər qəpiyi o şirkətə halal etmirəm.
Ќeçə gündür ki, müqəddəs Ramazan ayı başlayıb. "Azercell" Ramazan ayı münasibətilə abunəçiləri üçün yeni kampaniyaya start verib. 17 iyul - 21 avqust 2012-ci il tarixlərini əhatə edəcək Ramazan kampaniya-sı çərçivəsində "Azercell" abunəçiləri daha sərfəli tariflə ünsiyyət quracaqlar. Belə ki, bu müddət ərzin-də 5 AZN və ya daha yüksək nominalda kart yükləyən bütün "Azercell" Fakturasız Xətt abonentləri ölkə-daxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar.
Haqsız yerə məndən və mənim kimi minlərlə insandan aldığınız halallığı verilməyən pulları bu cür kam-paniyalarla yumaq olmur. Pul əl çirkidir, amma haram pul "qara ləkə" kimi bir şeydir. Yumaqla təmizlən-məz...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi