16-09-2019 [18:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, təhsil müəssisənin direktoru İradə Xəlilova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcəklər.
Bu təhsil ocağının binası 1932-ci ildə tikilib. O zaman məktəb 400 şagird yerlik olub. Hazırda isə burada yeni istifadəyə verilən tədris kompleksi ilə birlikdə ümumilikdə 1944 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 138 müəllim heyəti məşğul olur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris kompleksinin idman zalında, hərbi otaqda, ekosinifdə, informatika otağında, kimya kabinetində, ayrı-ayrı sinif otaqlarında və yeməkxanada yaradılan şəraitlə tanış oldular, müəllimlər və şagirdlərlə söhbət etdilər, onlara yeni tədris ilində uğurlar arzuladılar.
Məlumat verilib ki, ötən tədris ilində bu təhsil müəssisəsini bitirən məzunların 77 faizi ali məktəblərə qəbul olub. Ümumilikdə, hər il bu məktəbin məzunlarının arasında 600-dan çox bal toplayan və ölkəmizin ali təhsil ocaqları ilə yanaşı, xarici dövlətlərin nüfuzlu universitetlərinə də qəbul olan məzunlar var. Məktəbin şagirdləri bir çox bilik, idman yarışlarında, olimpiadalarda müxtəlif medallar qazanaraq, təhsil ocağını layiqincə təmsil ediblər. Yeni təhsil kompleksi bu uğurların daha da artmasına imkan verəcək. Çünki burada şagirdlər geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan otaqlarda elmin sirlərinə yiyələnə, müəllimlər isə müasir şəraitdə şagirdlərə dərs deyə biləcəklər.
Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil daha da genişlənir.
Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müəllimlər və valideynlərlə görüşüb onları təbrik etdilər.
Birinci sinif şagirdinin nənəsi Fəridə Hüseynova: Əziz Prezidentimiz, hörmətli Mehriban xanım, sizi burada görməyimizə çox şadıq. Mənim nəvəm də bu məktəbin birinci sinfinə qəbul olub. Mən öz adımdan, valideynlər adından Sizə təşəkkür edirəm ki, övladlarımıza bu cür gözəl şərait yaratmısınız. Allah Sizin canınızı sağ, ömrünüzü uzun eləsin.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar.
Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq.
Bu məktəb doğrudan da göz oxşayır. Bütün lazımi şərait yaradılıb, avadanlıqlarla təchiz edilib. Mənə verilən məlumata görə, məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Yəni, burada müəllimlər üçün də böyük çətinliklər var idi, uşaqlar da təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular. İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir. Əlbəttə, əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, təhsilin səviyyəsi yüksək olsun və burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması bu gün gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə də nəticələr var.
Onu da bildirməliyəm ki, son illərdə müəllim peşəsini seçənlərin sayı artır. Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub. Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu, daha da yüksək səviyyədədir. Müəllimlərin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə böyük dərəcədə artıb. Bir daha uşaqları, valideynləri, müəllimləri yeni məktəbin tikintisi ilə əlaqədar təbrik edirəm.
Məktəbin kimya müəllimi Yaqut Mönsümova: Möhtərəm Prezident, icazə verin, mən də kollektivimiz adından Sizə minnətdarlığımızı çatdırım. Sözün düzü, minnətdarlığımızı çatdırmaq üçün söz tapa bilmirik. Cənab Prezident, yeni məktəblər tikirsiniz, təmir etdirirsiniz. Bu, təhsilə olan münasibətdir. Bu, dövlətə olan münasibətdir. Sizin tapşırığınıza əsasən tikilmiş bu yeni məktəb binası "Bilik günü”ndə bizə ən gözəl hədiyyədir. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Belə gözəl, möhtəşəm məktəb binasının istifadəyə verilməsi biz müəllimləri ürəkdən sevindirir, daha yaxşı işləməyə həvəsləndirir, məsuliyyətimizi daha da artırır. Mən məktəbimizdəki kimya laboratoriyasını, kabinetləri gördüm. Düzü əvvəllər belə laboratoriyaları, kabinetləri biz ancaq filmlərdə görürdük. İndi bu, Azərbaycanın reallığıdır.
Bilirik, dünyada bir çox münaqişələr, problemlər baş verir. Azərbaycanımızda Sizin sayənizdə sabitlikdir, əmin-amanlıqdır. Bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əldə olunan uğurlarda əzizimiz, çox hörmətli Mehriban xanımın da böyük xidmətləri var. Mehriban xanım, biz Sizi dünyalar qədər sevirik, sevgimizi çatdırmaq üçün sözlər acizdir. Bir daha çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz.
Cənab Prezident, bu gözəl məktəbə, ümumiyyətlə, gördüyünüz bütün işlərə görə Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Allah Sizi, əzizimiz Mehriban xanımı, bütün ailənizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə bir daha uğurlar arzulayıram, sizi bir daha təbrik edirəm. Əminəm ki, burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tutacaqlar və dövlətimiz, xalqımız üçün böyük işlər görəcəklər, bizim ümumi inkişafımıza öz töhfələrini verəcəklər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi