İsmayıllıda şok hadisə: ayı kənd sakinini öz həyətində parçaladı

img

15-09-2019 [16:12]


İsmayıllı rayonunda yerli sakin ayının hücumuna məruz qalıb.

Hadisə 1950-ci il təvəllüdlü Xanagah kənd sakini Rəsulov İsmayıl Yaqub oğlu yaşadığı evin həyətyanı sahəsində itburnu yığarkən baş verib.

Qəflətən ayının hücumuna məruz qalan yerli sakin göz, üz, əl və kürək nahiyəsindən xəsarət alıb. İ.Rəsulov təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, çoxlu qan itirsə də, həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşıb.

Hadisə zamanı İ.Rəsulovun ailə üzvləri səs-küy salaraq onu ayının pəncəsindən xilas edə biliblər. Yırtıcı qaçaraq həyəti tərk edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA