Kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb

img

11-09-2019 [17:08]


Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçiblər. 

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və onlar qəbul olunanlar siyahısından xaric ediləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA