Qızı zorla qaçıran Saatlı sakini Bakıda - polis postunda tutuldu

img

10-09-2019 [16:37]


"Ekologiya postu"nda adam oğurlayan şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Saatlı rayon sakini O.Novruzov (ad-soyad şərtidir) hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qızı 2001-ci il təvəllüdlü T.Novruzovanı (şərtidir) zorla, yəni qızın razılığı olmadan həmyerlisi 1986-ci il təvəllüdlü Ruhid İslamov qaçırıb.

Hadisə Bakı şəhərində qeydə alınıb.

Dərhal aparılan əməliyyat-axtarış nəticəsində müəyyən olunub ki, R.İslamov idarə etdiyi "Hyundai" markalı avtomobillə qızı Bakıdan Sumqayıt istiqamətinə aparıb. R.İslamovun avtomobili "Ekologiya postu"nda saxlanılıb. Qız xilas edilərək ailəsinə təhvil verilib, R.İslamov isə Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA