"Sabiq nazirlərlə bağlı araşdırma aparılmır" - Prokurorluqdan deputatın iddialarına cavab verildi

img

10-09-2019 [15:59]


Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Milli Məclisin komitə sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmişdə uzun müddət nazir vəzifəsində çalışanları tənqid etməsi, onların milyardları taladıqları və bu gün mövqesizlik nümayiş etdirmələrini bildirməsi ilə bağlı müxtəlif fikirlər yayılıb.

Bəziləri Siyavuş Novruzovun bu açıqlaması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.

Mia.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən deputatın səsləndirdiyi fikirlərlə bağlı araşdırmaların aparılıb-aparılmadığını dəqiqləşdirmək üçün "Trend” qurumun Mətbuat xidməti ilə əlaqə saxlayıb.

Baş Prokurorluğun rəsmisi Eldar Sultanov bildirib ki, qeyd edilən məsələlərlə əlaqədar Baş Prokurorluqda hər hansı araşdırmalar aparılmır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA