Leyla Əliyeva xaricdə magistr təhsili alacaq gənclərlə görüşdü - FOTO

img

07-09-2019 [15:38]


Sentyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilmiş "Xaricdə təhsilin maliyyələşdirilməsi" müsabiqəsinin qaliblərinin bir qismi ilə görüşüb. 

Mia.az xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidməti məlumat yayıb.

Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə magistr təhsili almaq hüququ qazanan gəncləri təbrik edən Leyla Əliyeva onlara təhsillərində uğurlar arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA