“Fənərbağça”nın qapıçısı karyerasını başa vurdu

img

03-09-2019 [18:02]


Türkiyə millisinin və "Fənərbağça” klubunun sabiq futbolçusu Volkan Dəmirəl karyerasını başa vurub.

Mia.az klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu 2002-ci ildən "Fənərbağça” klubunun şərəfini qoruyub. O, İstanbul təmsilçisinin heyətində 515, Türkiyə millisində isə 63 görüş keçirib.

Volkan karyerası ərzində, həmçinin Türkiyənin "Kartalspor” klubunda da çıxış edib.

Otuz yeddi yaşlı futbolçu "Fənərbağça”nın məşqçilər heyətində qapıçıları çalışdıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA