"Azəriqaz"da 2-ci qrup Qarabağ əlilinin əmək haqqını bərpa edildi, cavabdehlər cəzalandırıldı

img

03-09-2019 [16:18]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına düz hesablanmamış əmək haqqısının məbləği bərpa edilib.

"Azəriqaz”dan Mia.az-a bildirilib ki, bu günlərdə "Azəriqaz”ın Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri, 2-ci qrup Qarabağ əlili Əhməd Fazil oğlu Rəhmanov əmək haqqının düzgün hesablanmaması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət edib.

Bununla əlaqədar olaraq "Azəriqaz” tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunub ki, həqiqətən də Ə.Rəhimovun əmək haqqısı hesablanarkən səhvə yol verilib. Ə.Rəhimova münasibətdə pozulmuş sosial ədalətin ən qısa müddətdə bərpa olunması, hesablamada səhvə yol vermiş məsul şəxslərin müəyyən edilərək əmək qanunvericiliyi daxilində intizam məsuliyyətinə cəlb edilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə zəruri tədbirlərin görülməsi barədə Birliyin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, Ə.Rəhmanov bu barədə Mia.az-a şikayət etmişdi.

 Onun problemlərinin bəhs etdiyi yazıyla aşağıdakı lindən tanış ola bilərsiniz:

http://www.mia.az/w949014/%22Az%C9%99riqaz%22_Qaraba%C4%9F_%C9%99lilind%C9%99n_qisas_al%C4%B1r_-_%3Cfont_color=red%3E_Birliyin_i%C5%9F%C3%A7isi_%22sand%C4%B1%C4%9F%C4%B1%22_a%C3%A7d%C4%B1..._+_S%C6%8FN%C6%8FDL%C6%8FR%3C/font%3E/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA