"Ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?” - Polis rəisindən sahibkarlara maraqlı mesaj + FOTO

img

02-09-2019 [15:50]


Tovuz rayonundan olan sahibkarlar rayon polis şöbəsinin rəisi Şizad Əsgərovdən şikayətçidir.

Bİr qrup sahibkar Criminal.az saytına bildirib ki, rəis dəbdəbəli villa tikdirir və onun xərclərini iş adamlarına ödətdirir.

”Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki, rəisin evi tikilib qurtarsa, rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır” – deyə şikayətçilər bildirib.

Ş.Əsgərov isə sayta açıqlamasında ittihamları rədd etdi və bildirdi ki, onun haqda deyilənlər böhtandır: "İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan pul yığımıram. Əgər ev tikdirsəm belə sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA