"Qalatasaray" -"Kayserispor" oyunu: 5 qırmızı kart, 5 qol...

img

30-08-2019 [23:36]


Bu gün Türkiyə superliqasında "Qalatasaray" səfərdə "Kayserispor"la qarşılaşıb.

Mia.az xəbər verir ki, gərgin keçən oyunda hesabı ev sahibləri açıb.

Belə ki, 37-ci dəqiqədə Henruque qola imza atıb - 1:0

65-ci dəqiqədə  isə kobud qayda pozuntusuna yol verən "Kayseri"li Abdennour penaltiyə səbəb olmaqla yanaşı, meydandan qırımızı kartla qovulub.

66-da Belhanda penaltidən hesabı bərabərləşdirib - 1:1.

Henruque 73-də ikinci sarı kart almaqla, qırmızı kartla meydandan qovulub.

88-də isə Babel "Qalatasaray"ı önə çıxaran qol atıb - 1:2

Bundan bir dəqiqə sonra "Qalatasaray"lı Əmrə Mor da meydandan qovulub.

90+1-də isə "Kayseri"li Umud Bulud hesaba tarazlıq gətirib - 2:2.

Bu qoldan iki dəqiqə sonra hakimə etiraz edən Umud Bulud ard-arda iki sarı kartla meydandan qovulub.

90+9-cu dəqiqədə isə Adəm Böyük "Qalatasaray"ın qələbə qolunu vurub - 2:3.

Bu qoldan sonra meydanın kənarından hakimə etiraz edən Fateh Terimin köməkçsi Ümid Davala da qırımız kart alıb.

Bundan bir dəqiqə sonra isə hakim oyunu bitirib.

Bununla da hesab "Aslan"ların xeyirinə başa çatıb - 2-3.

Hazırda "Qalatasaray" 3 oyuna 4 xal toplamaqla 7-ci, "Kayseri" isə 3 oyuna 1 xal toplamaqla 14-cü yerdə qərarlaşıb.

Mia.az





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA