Rəsmi Bakıdan İsrail dronlarının Azərbaycana gətirilməsi haqda yayılan xəbərlərə - Reaksiya

img

30-08-2019 [15:42]


"İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur". 

Mia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib.

"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır".

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi də bu xəbəri təkzib etmişdi.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA