Qərargah rəisləri və "xüsusi təyinatlı"ların rəhbərliyi ilə əməliyyat toplanışı keçirilib

img

30-08-2019 [13:39]


Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun növləri və birliklərinin qərargah rəisləri, həmçinin Müdafiə Nazirliyinin baş idarə və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin müavinlərinin iştirakı ilə əməliyyat toplanışı keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, toplanışın keçirilməsində məqsəd əməliyyatlara hazırlıq zamanı qərargahların işinin təşkili və döyüş fəaliyyətlərinin hərtərəfli təminatının planlaşdırılması, qoşun növləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də qərargahlarda döyüş sənədlərinin müvafiq tələblərə uyğun işlənilməsi, o cümlədən hərb sənəti və qoşunların idarə edilməsi üzrə bilik və bacarıqların təkmilləşdirilməsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA