Telman İsmayılovun İsveçrədəki hesablarına həbs qoyuldu

img

30-08-2019 [11:19]


İsveçrənin Sürix şəhər prokurorluğu Azərbaycan əsilli rusiyalı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun bu ölkədəki hesablarına həbs qoyub.

Bu barədə  "Kommersant"ın məlumatına görə, avqustun 19-da "BM-bank"ın nümayəndələri İsmayılovun hesablarının həbs qoyulması tələbi ilə məhkəməyə müraciət edib. İki gündən sonra vəsatət təmin edilib.

Bununla belə, bu hesablarda nə qədər məbləğin olması barədə məlumat verilmir.

Xatırladaq ki, aprel ayında T.İsmayılovun dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunduğu məlumat verilmişdi. İqtisadi cinayətləri sübuta yetiriləcəyi halda onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA