Çempionlar Liqasının püşkü: PSJ, "Real Madrid"... - "Qalatasaray" güclü rəqiblərlə oynayacaq + Oyunlar

img

29-08-2019 [21:20]


Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" A qrupunda PSJ (Fransa), "Real Madrid" (İspaniya) və "Brügge" (Belçika) komandalarına rəqib olub.

A qrupu: PSJ (Fransa), "Real Madrid" (İspaniya), "Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə)

B qrupu: "Bavariya" (Almaniya), "Tottenhem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Srvena Zvezda" (Serbiya)

C qrupu: "Mançester Siti" (İngiltərə), "Şaxtyor" (Donetsk, Ukrayna), "Dinamo" (Zaqreb, Xorvatiya), "Atalanta" (İtaliya)

D qrupu: "Yuventus" (İtaliya), "Atletiko" (Madrid, İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Lokomotiv" (Moskva, Rusiya)

E qrupu: Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Zaltsburq" (Avstriya), "Genk" (Belçika)

F qrupu: "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "İnter" (İtaliya), "Slaviya" (Praqa, Çexiya)

G qrupu: "Zenit" (Rusiya), "Benfika" (Portuqaliya), "Lion" (Fransa), "Leyptsiq" (Almaniya)

H qrupu: "Çelsi" (İngiltərə), "Ayaks" (Hollandiya), "Valensiya" (İspaniya), "Lill" (Fransa)

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin oyunları 17/18 sentyabr, 1/2 oktyabr, 22/23 oktyabr, 5/6 noyabr, 26/27 oktyabr və 10/11 dekabrda keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA