Əli Nağıyev prokurorluğun əməkdaşına yüksək vəzifə verdi - DTX-də dəyişiklik

img

29-08-2019 [16:37]


Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Əli Nağıyev kadr dəyişikliyi edib.

Mia.az Bakupost-a istinadən xəbər verir ki, Fuad Rəsulov DTX-da İdarə rəisi təyin edilib. 

Fuad Rəsulov Əli Nağıyev DTX-ya təyin olunanda, onun əvvəlki vəzifəsinə - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini postuna təyinat almışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA