Bakının bəzi ərazilərində və bu rayonlarda bu gün qaz olmayacaq - Xəbərdarlıq

img

29-08-2019 [09:56]


Bu gün səhər saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu müddət ərzində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq.

Saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq. Eləcə də saat 09:00-dan Hacıqabul və Şirvan şəhərlərinin bir qrup abonentinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, Qaz İxrac İdarəsinin balansında olan "Astara-Qazıməmməd” magistral qaz kəmərində yeni quraşdırılmış ölçü qovşağının mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA