Bakıda Hindistan məhsullarının satışı həyata keçiriləcək - Bu tarixlərdə

img

28-08-2019 [22:36]


30 Avqust – 8 Sentyabr 2019-cu il tarixlərində səhər saat 11:00-dən axşam saat 19:00-dək Bakı İdman Sarayında (M.Hüseynov küçəsi 26 A/keçmiş Neftçilər prospekti Bakı, Azərbaycan) ANM Exhibitions Pvt. Ltd Hindistanın Bakıdakı Səfirliyi və Millennial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının dəstəyi ilə "Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri” ni təşkil ediləcək. 

Hindistanın Azərbaycandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, xarici ölkələrdə keçirilmiş sərgilər Hindistan sənayesinin yüksək keyfiyyətli məhsullarını, müxtəlif sənaye sahələrinə aid xidmətlər və texnologiyaları davamlı şəkildə dünyaya təqdim olunub.

Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbirində düyü, çay, ədviyyatlar, hədiyyələr & sənətkarlıq məhsulları, ev mebeli, tekstil & geyim, zinət əşyaları, kosmetika da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgiləyən 40-dan çox Hindistan şirkəti iştirak edəcəkdir.

Biznes və ticarətdən əlavə tədbir həmçinin, milli rəqslər və s. vasitəsilə "Hindistanın ən yaxşıları ” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaqdır. Sərgiyə giriş sərbəstdir.

Hindistan və Azərbaycan arasında tarixi bağlar və inkişaf etməkdə olan ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq münasibətləri mövcuddur. Hindistan və Azərbaycan arasındakı ümumi ikitərəfli ticarətin həcmi 2018-ci ildə 923 milyon dollara çatmışdır. Azərbaycanın təcrübəli kadrlarını və tələbələrini Hindistanın təhsil müəssisələrində bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edən Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində Hindistan və Azərbaycan arasında potensialın artırılması istiqamətində də genişlənməkdə olan əməkdaşlıq var

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA