"Gör, bu insanlar nə qədər şüursuzdur ki..." - Saleh Məmmədovdan maraqlı açıqlamalar + VİDEO

img

28-08-2019 [20:39]


Şabrandakı Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  sədri Saleh Məmmədov Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.

Mia.az "Yeni Sabah”a istinadla xəbər verir ki, görüş sədrin sakinlərlə maraqlı dialoqları ilə yadda qalıb.

Görüşdə müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, yerüstü piyada keçidlərinin qoyulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Bundan başqa qəbul zamanı vətəndaşlardan birinin müraciəti Saleh Məmmədovu təəcübləndirib.

 Vətəndaş Bakı Quba və Nabran yolundan mal-qara otarmaq üçün keçidlərin tikilməsini istəyib. O, malqaranın dəniz kənarında otarmaq üçün şəraitin olmadığını deyib.

Ancaq Saleh Məmmədov bildirib ki, dəniz insanlar üçündür, mal-heyvan üçün yox. O, jurnalistləri də tənqid edib, eyni zamanda, ənənəvi məmur çıxışlarından fərqli mesajlar da verib:

"Allah Tala Azərbaycana imkan, şərait verib. Amma fikirləşirlər ki, gedim onu qəzetdə pisləyim ki, nə pul ala bilərəm. Jurnalist elə olmalı deyil. Düzgün olmalıdır, öz xalqımızın, dövlətimizin, insanların çatışmayan işini gözəl göstərsin ki... Ay xalq, ay camaat Allah sənə dəniz verib, çay verib, bundan gözəl istifadə edin. Mən heyrətə gəlmişəm, Nabran kimi turistik zonada insandan çox heyvan gəzir. İnək, camış, sürü ilə... 

Bu dənizin kənarında sənin heyvanının nə işi var? Bunu televiziyada göstərsinlər ki, gör bu insanlar nə qədər  şüursuzdur ki, özləri gəlir istirahət etməyə, heyvan da... Qoy insanlar özləri utansınlar. Yer yoxdur, o boyda Nabranda meşədə?..”. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA