Hökumət benzin haqda qərar verdi - Azərbaycanda qiymət enəcək?

img

28-08-2019 [11:09]


Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. 

Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

Maraqlıdır, bu dəyişiklik benzinin qiymətunin enməsinə zəmin yarada bilərmi?

Məlumatlı şəxs deyir ki, qərar ölkədə benzinin mövcud qiymətinə təsir etməyəcək: "Əksinə, bu qərar gözlənilən artıma görə qəbul edilib. Ki qiymətlər artmasın. Unutmayın ki, dünya abzarında avtomobil benzininin qiyməti qalxır. Elə ötən gün Türkiyə rəsmi olaraq, benzinin, maye qazın və dizel yanacağının qiymətini qaldırdı. Azərbaycanda bu benzin növlərini əsasən  xaricdən alır.  Gömrük rüsumları da ona görə endirildi ki, ölkədəki qiymətlər sabit qalsın". 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA