Vilayət Eyvazovdan daha bir təyinat - Daha bir Milli Qəhrəmanın övladına yüksək vəzifə verildi

img

27-08-2019 [19:55]


Daxili İşlər Nazirliyində daha bir mühüm vəzifəyə təyinat gerçəkləşdirilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Elsevər Mirzəyev DİN Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Elsevər Mirzəyev Qarabağ döyüşlərində ilk nizami özünümüdafiə batalyonunu – Ağdam taborunu qurmuş əfsanəvi döyüşçü-komandir, şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin oğludur/Strateq.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA