27-08-2019 [18:56]
Yeddi il öncə barəsində axtarış elan edilən və qiyabi olaraq həbs qətimkan tədbiri seçilən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasında saxlanılıb və Azərbaycan Respublikasına gətirilib.
Mia.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, Hüseynov Elnur Elxan oğlu külli miqdarda psixotrop maddənin satış məqsədilə qanunsuz yolla əldə edilməsi, saxlanması, daşınması vəqaçaqmalçılığını həyata keçirən sabit cinayətkar qrup - mütəşəkkil dəstənin rəhbəri olub.
Azərbaycan gömrükçüləri həmin cinayətkar dəstənin izinə 2011-ci ilin oktyabrında törədilən cinayət işini araşdırarkən düşüb.
Həmin tarixdə Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən cinayətkar qrupun üzvü Azərbaycan Respublikasının vətəndaşı Bağırov Əfqan İlham oğluna məxsus çamadana gömrük baxışı keçirilərkən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2295,7 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun rəhbəri Hüseynov Elnur Elxan oğlu İran İslam Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə birlikdə qeyd edilən külli miqdarda psixotrop maddəni Azərbaycanın gömrük sərhədindən tranzit qaydada keçirməklə İrandan Tailand və Malayziya krallıqlarına göndərməyi planlaşdırıb.
Bu məqsədlə Hüseynov Elnur Elxan oğlu cinayətkar dəstə yaradıb, dəstəyə digər iştirakçılar, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları - Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlunu cəlb edərək onları təlimatlandırıb, iştirakçıların fəaliyyətlərini əlaqələndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər verib, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil edib və beləliklə, planlaşdırılan cinayətlərin törədilməsinə rəhbərlik edib.
Hüseynov Elnur Elxan oğlu Tehran şəhərində 2295,7 qram metamfetamin psixotrop maddəsini alaraq Cabbarzadə Yeganə Əlişah qızına verib. Yeganə Cabbarzadə həmin psixotrop maddəni Elnur Hüseynovdan qəbul edərək Tehran-Astara avtobusu ilə İranın Astara şəhərinə, oradan da cinayətkar qrupun digər üzvü Rzayev Bayram Nadir oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı, 90 BD 671 dövlət nömrə nişanlı avomobilin yük yerində Bakı şəhərinə daşıyıb və Bayram Rzayevə təhvil verib. Bayram Rzayev isə psixotrop maddəni Tailand Krallığına daşımaq üçün Bağırov Əfqana çatdırıb və onu idarə etdiyi avtomobillə Heydər Əliyev Beynəlxalq Hava Limanına gətirib.
Beləliklə, Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilib, cinayətlərin təşkilatçısı Hüseynov Elnur Elxan oğlu isə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbsli axtarış elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu təqsirli bilinərək hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Cinayət işinin istintaqı zamanı qrupun cinayətkar fəaliyyətilə bağlı həmçinin 4 nəfər Azərbaycan vətəndaşının - Quliyev Ruslan Xanqulu oğlu, Abdullayev Nəbi Yaşar oğlu, Ələkbərov Niyammədin Xanlar oğlu və İsmayılova İradə Namid qızının psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan vətəndaşının - Məmmədov Rəşad Kamal oğlunun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilib.
Həmin şəxsləri cinayətkar fəaliyyətə cəlb etmiş Hüseynov Elnur Elxan oğlu barəsində isə 2012-ci ilin fevralında axtarış elan edilib və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə qiyabi olaraq həbs qətimkan tədbri seçilib.
Nəhayət, 7 il sonra – bu ilin avqust ayında Hüseynov Elnur Elxan oğlu Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərində saxlanılıb və Azərbaycan Respublikasına gətirilərək DGK Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib.
Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə Hüseynov Elnur Elxan oğluna ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi