26-08-2019 [16:55]
Avqustun 26-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Polis Akademiyalarında təhsil almaq üçün ezam ediləcək kursantları və onların valideynlərini qəbul edib.
DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qarşıdakı 5 il ərzində Azərbaycan Polisini Rusiyada təmsil edəcək gəncləri, eləcə də onların valideynlərini təbrik edən nazir Vilayət Eyvazov son illər möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını, dövlət başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib.
Sonra DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov məlumat verib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasındakı razılaşmaya əsasən, bu il Azərbaycan DİN-ə Volqoqrad və Nijeqorodsk şəhərlərindəki Polis Akademiyalarında 9 yer ayrılıb.
Həmin yerlərə qəbul üçün elan edilmiş müsabiqəyə 24 namizəd qatılıb. Nazirliyin müvafiq komissiyası tərəfindən müsabiqə tam şəffaflıq şəraitində keçirilərək namizədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində topladığı balları, rus dilində yazı qabiliyyəti və şifahi nitq bacarıqları, eləcə də fiziki hazırlığı əsas götürülmüş, yekun olaraq ən layiqli 9 abituriyent seçilib.
Nazir, general-polkovnik Vilayət Eyvazov həyatlarında ən əlamətdar günlərdən biri – kursant adına layiq görülmələri münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində, təhsildə uğurlar arzulayıb. O, gənc əməkdaşlara Vətənimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edib.
Nazir əmin olduğunu bildirib ki, Rusiyanın Polis Akademiyalarına göndərilən gənclərimiz orada mükəmməl təhsil alaraq müasir texnologiyalarla işləmək bacarığına yiyələnəcək, Vətənə qayıdıb cinayətkarlıqla mübarizədə, ictimai asayişin təmin olunmasında, vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin keşiyində duracaqlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi